Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi bildirib ki, İran üçün diplomatik pəncərə sürətlə daralır.
Crossmedia.az xəbər verir ki, Qrossi “Bloomberg” agentliyinə verdiyi müsahibədə İranın nüvə proqramı ilə bağlı danışıqların məhdud vaxt çərçivəsində aparıldığını və ABŞ-nin Yaxın Şərqdə hərbi güclənməsinin Tehranla razılığa gəlmə imkanlarını azaltdığını qeyd edib.
Cenevrədə keçirilən altı saatlıq görüşləri şərh edən Qrossi bildirib ki, danışıqlarda İranın xarici işlər naziri ilə ötən il İsrail və ABŞ tərəfindən bombalanmış nüvə obyektlərinin yoxlanılması planları müzakirə olunub.
AEBA rəhbəri vurğulayıb ki, müfəttişlərin İrandakı zədələnmiş obyektləri yoxlaması daha geniş razılaşmanın imzalanma ehtimalından asılıdır: “AEBA bunu təsdiqləyə bilməyincə, heç bir razılaşma mümkün deyil”.