Xameneyinin oğlu Avropada MİLYONLUQ imperiya qurmağa çalışdı – müqavilə birdən dayandı
Vyanada milyonluq biznes sövdələşməsi planlaşdırılsa da, baş tutmayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Avstriyanın "Standard" nəşri bildirib.
Məlumata görə, İranın ali rəhbəri Əli Xameneyinin oğlu Müctəba Xameneyi Avropada gizli biznes imperiyası qurmağa çalışıb.
Qəzetin araşdırmasına görə, 2024-cü ildə Vyanada fəaliyyət göstərən və İranda “Spar” mağazalar şəbəkəsinin filiallarını idarə edən şirkətin satılması planlaşdırılıb. İlkin razılaşmanın dəyəri 706 milyon avro olub. Müctəba Xameneyi sözügedən şirkətin alınması üçün vasitəçi üzərindən danışıqlar aparsa da, müqavilə imzalanmazdan əvvəl proses dayandırılıb.
Araşdırmada qeyd edilir ki, 56 yaşlı Müctəba Xameneyi yalnız Əli Xameneyinin dörd oğlundan biri deyil, həm də ailənin iqtisadi və siyasi təsir dairəsində əsas fiqurlardan sayılır və atasının mümkün varisi kimi tez-tez müzakirə olunur.
18:21 19.02.2026
Oxunuş sayı: 440