Zelenski ABŞ-ni “ev tapşırığını yerinə yetirməyə” çağırdı
Ukrayna Prezidenti Volodimir Zelenski "Piers Morgan"a verdiyi müsahibədə ABŞ-nin onun yerinə namizəd göstərə biləcəyini etiraf edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Zelenski bildirib ki, tərəfdaşları həm seçkilərin keçirilməsi, həm də Rusiyanın istədiyi prezidentin dəyişikliyi məsələsində qərar verməlidirlər. O, son razılaşmalar imzalanana qədər atəşkəsin qorunmasının vacib olduğunu vurğulayıb.
Prezident Ukraynada seçkilərin keçirilməsi və sülh sazişi üzrə referendum üçün iki aylıq atəşkəs təklif edib. O, belə bir barışıq əldə olunarsa, prosesə dəstəyi təmin etmək üçün parlamentlə işləməyə və digər mümkün tədbirləri görməyə hazır olduğunu qeyd edib.
Zelenski həmçinin ABŞ-ni “ev tapşırığını yerinə yetirməyə”, Rusiyanı isə atəşkəsə razı salmağa çağırıb.
17:41 19.02.2026
Oxunuş sayı: 484