Azərbaycanla sərhəddə yeni xəstəlik yayılıb
Ermənistanda yeni xəstəlik yayılıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.
Bildirilib ki, fevralın 18-də Ermənistanda çikunqunya qızdırması hadisəsi qeydə alınıb.
Seyşel adalarında ağcaqanad sancması nəticəsində yoluxma qeydə alınıb.
Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Administrasiyası bu barədə məlumat verərək, xəstənin sağlamlıq vəziyyətinin hazırda qənaətbəxş qiymətləndirildiyini qeyd edib.
Bildirilib ki, son zamanlar Seyşel adaları, Şri-Lanka, Surinam, Boliviya və Kubada çikunqunya qızdırmasının epidemiyaları qeydə alınıb. Xəstəliyin gizli dövrü 2-12 gündür və əsas simptomlar arasında qızdırma, şiddətli oynaq ağrısı, əzələ ağrısı, dəri səpgisi və halsızlıq var. İnfeksiya ağcaqanad sancması yolu ilə ötürülür. İnsandan insana yayılmır və spesifik müalicə yoxdur. İnfeksiyaya qarşı peyvənd geniş yayılmayıb. Risk qrupuna xroniki xəstəlikləri olan insanlar, yaşlılar və hamilələr daxildir. Yoluxmuşlar arasında ölüm nisbəti aşağıdır, təxminən 0,1% (əsasən yaşlılar və xroniki xəstəlikləri olanlar arasında).
16:44 19.02.2026
Oxunuş sayı: 664