Musiqi QADAĞAN OLUNDU
Əfqanıstanda musiqiyə qadağa tətbiq olunub, yüzlərlə musiqi aləti məhv edilib.
Crossmedia.az xəbər verir ki, bu barədə "Deutsche Welle" məlumat yayıb.
Əfqanıstanın Pərvan əyalətində yerli qurumlar tərəfindən 500 ədəd musiqi aləti yandırılaraq məhv edilib. Bu barədə “Yaxşı İşlərə Dəvət və Pis İşlərdən Çəkindirmə” Qərargahının nümayəndələri məlumat veriblər.
Rəsmilər bildiriblər ki, müxtəlif mərasimlərdə, toy və şənliklərdə istifadə olunan alətlər son bir il ərzində sakinlərdən toplanıb. Qərargah nümayəndələri bu addımın “əxlaqsızlıqla mübarizə tədbirləri” çərçivəsində atıldığını açıqlayıblar.
Açıqlamada yerli əhali şəriət qanunlarına zidd hesab edilən əşyalardan istifadə etməməyə çağırılıb.
Bildirilir ki, son illərdə Əfqanıstanda musiqi və əyləncə sahəsinə tətbiq edilən məhdudiyyətlər getdikcə artır.
16:27 19.02.2026
Oxunuş sayı: 798