Rusiya Xarici İşlər Naziri Sergey Lavrov dünən İrana qarşı mümkün hərbi hücumun arzuolunmaz və ağır nəticələrə səbəb ola biləcəyini bildirib.
Crossmedia.az bu barədə “Əl-Ərəbiyyə”yə istinadən xəbər verir. Lavrov qeyd edib ki, əvvəllər İranın nüvə obyektlərinə edilən hücumlar Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin nəzarəti altında olan obyektləri hədəf alıb və ciddi risklər yaradıb. O, nüvə qəzası riskinin real olduğunu və bu cür hərəkətlərin region təhlükəsizliyinə ciddi təhdid təşkil edə biləcəyini vurğulayıb.
Nazir həmçinin bildirib ki, Rusiya İsrail Baş Naziri Benjamin Netanyahu-nun İrana qarşı radikal tədbirlərdə israrını müşahidə edir və belə yanaşmanı İranın qanuni hüquqlarının pozulması kimi qiymətləndirə bilər.