İsrail İranla müharibəyə hazırlaşır: Netanyahu maksimum hazırlıq əmrini verdi
İsrail Baş Naziri Benjamin Netanyahu Daxili Cəbhə Komandanlığına İranla potensial hərbi qarşıdurmaya hazırlaşmaq əmri verib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir. Məlumata görə, İsrail təhlükəsizlik qurumlarında “maksimum hazırlıq” vəziyyəti elan olunub.
Xəbərdə həmçinin vurğulanır ki, İsrail ABŞ-dan “yaşıl işıq” alma ehtimalına qarşı İranın ballistik raket sisteminə zərbə endirməyə hazırlaşır.
10:10 19.02.2026
Oxunuş sayı: 475