Tramp ailəsi dron bazarına MİLYARDLARLA DOLLAR YATIRIR
ABŞ prezidenti Donald Trampın ailəsi hərbi dron bazarındakı artımdan faydalanmağa çalışır.
Crossmedia.az "Bloomberg"-ə istinadən xəbər verir.
Bildirilir ki, Trampın oğlu Erik Trump dron istehsalçıları "Xtend" və "JFB Construction Holdings" arasında birləşməyə təxminən 1,5 milyard dollar sərmayə yatırır.
Məlumata görə, Donald Trampın müşaviri olduğu "Unusual Machines" də sövdələşmədə iştirak edir.
Bundan əlavə, daha əvvəl Tramp ailəsinin biznesləri ilə əməkdaşlıq etmiş və Tramp Qülləsində yerləşən "Dominari Holdings" bankının layihəyə maliyyə dəstəyi göstərdiyi qeyd olunur.
Nəşr vurğulayır ki, bu investisiya ABŞ administrasiyasının ordu üçün pilotsuz uçuş aparatlarının tədarükünü sürətləndirmək siyasəti ilə üst-üstə düşür.
Bununla da prezident ailəsinin müdafiə müqavilələrində birbaşa maliyyə payı əldə etdiyi bildirilir.
23:10 18.02.2026
Oxunuş sayı: 577