Səfir: Strateji tərəfdaşlıq region üçün yeni imkanlar açır
Azərbaycan və ABŞ arasında imzalanan Strateji Tərəfdaşlıq Xartiyası təkcə Bakı və Vaşinqtona deyil, həm də Rusiyaya birbaşa fayda verəcək.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev bildirib.
Onun sözlərinə görə, Azərbaycanın xarici siyasəti balanslaşdırılmış yanaşmaya - Rusiya ilə müttəfiqlik münasibətlərinin, Çin və Türkiyə ilə strateji əlaqələrin və Avropa İttifaqı ilə praqmatik əməkdaşlığa əsaslanır.
ABŞ ilə münasibətlər uzun müddətdir ki, qiymətləndirilməyən bir element olub və hazırda bu məsələ həll olunur.
"İqtisadi aspektlərə gəldikdə, Rusiya Zəngəzur Dəhlizinin açılmasından və TRIPP multimodal nəqliyyat layihəsinin həyata keçirilməsindən də faydalanacaq. Onun həyata keçirilməsi Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizini gücləndirəcək və Rusiya üçün Naxçıvan Muxtar Respublikası vasitəsilə Türkiyə ilə Aralıq dənizi limanlarına, İranla isə Fars körfəzi və Hind okeanındakı limanlara çıxış təmin edən birbaşa dəmir yolu əlaqələri açacaq", - deyə diplomat izah edib.
19:25 18.02.2026
Oxunuş sayı: 591