Müharibə çox tezliklə başlaya bilər
ABŞ Prezidenti Donald Tramp administrasiyası İranla həftələrlə davam edə biləcək mümkün hərbi qarşıdurmaya hazırlaşır.
Crossmedia.az xəbər verir ki, bu barədə "Axios" nəşri məlumat yayıb.
Mənbələr bildirir ki, müharibə “çox tezliklə” başlaya bilər.
İsrail mənbələrinin iddiasına görə, İsrail hökuməti yaxın bir neçə gün ərzində müharibə ehtimalını nəzərə alaraq hazırlıq tədbirlərini gücləndirib.
Amerika mənbələri isə həlledici döyüş mərhələsinin həftələrlə davam edə biləcəyini proqnozlaşdırır. Bununla yanaşı, Ağ Ev daxilində səbrin tükəndiyi və vəziyyətin kritik həddə çatdığı vurğulanır.
Hazırda tərəflər arasında gərginliyin hansı istiqamətdə inkişaf edəcəyi qeyri-müəyyən olaraq qalır. Rəsmi açıqlamalar isə hələlik məhduddur.
19:05 18.02.2026
Oxunuş sayı: 712