Mühacir soydaşlarımıza Rza Pəhləvini dəstəkləmək üçün necə təzyiq edilir?
İrandakı milli hərəkatları, xüsusilə Cənubi Azərbaycandakı milli azadlıq hərəkatını dünya ictimaiyyətinə Pəhləvi rejiminin bərpası kimi təqdim etməyə çalışırlar.
Crossmedia.az xəbər verir ki, ABŞ-də yaşayan Pəhləvi
ailəsinin geniş maliyyə imkanları hesabına müxtəlif qruplar formalaşdırılır və mühacirətdə
yaşayan şəxslərə təsir göstərilir. Belə
ki, bu proses siyasi xarakterli fəaliyyət kimi qiymətləndirilir.
Məlumata görə, Cənubi Azərbaycandan olan köçkünlərə
və siyasi mühacirlərə qarşı təzyiqlər edilir.
Və onlara hədə-qorxu gələrək, dükan və iaşə obyektlərində şahın
bayrağının asılması tələb olunur. Əks halda, həmin obyektlərin boykot ediləcəyi
ilə təhdid olunduqları vurğulanır.
Bu məqsədlə
kiçik qruplar müxtəlif ölkələrə göndərilir.
Xüsusilə Avstriya, İsveç, Almaniya, eləcə də ABŞ və
Kanadada yaşayan Cənubi azərbaycanlı mühacirlərin bu təzyiqlərlə üzləşdiyi
iddia edilir. Onlardan ya Rza Pəhləviyə açıq dəstək vermələri, onun bayrağını
obyektlərində nümayiş etdirmələri və Pəhləvi rejiminə razılıq bildirmələri, ya
da boykot və təzyiqlərə məruz qalacaqları bildirilir.
Qeyd olunur ki, bu üsullarla Pəhləvi tərəfdarları
özlərini İranın mövcud dini hakimiyyətinə alternativ kimi təqdim etməyə
çalışırlar. Lakin səsləndirilən iddialara görə, tətbiq olunan metodlar faşist
yanaşma kimi qiymətləndirilir və mövcud dini rejimdən daha sərt hesab olunur.
Fatimə Məmmədova
07:21 19.02.2026
Oxunuş sayı: 628