ABŞ Rusiyaya tətbiq edilmiş sanksiyaların ləğvi üçün müxtəlif ssenariləri fəal şəkildə nəzərdən keçirir.
Crossmedia.az xəbər verir ki, bu barədə “The Economist” jurnalı yazıb.
Hazırlıq işlərinin əksəriyyəti hüquqşünaslar tərəfindən həyata keçirilir.
Jurnal qeyd edir ki, Avropa ölkələri sanksiyaları “böyük istəksizliklə” ləğv edəcək, lakin ABŞ Prezidenti Donald Tramp bu qərara təsir göstərə bilər.