Gürcüstanın “yaşamaq icazəsi” reytinqində azərbaycanlılar ŞOK YER TUTDU
Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib ki, ölkədə 107 mindən çox əcnəbinin yaşamaq icazəsi mövcuddur.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Onların 29,9 faizi Rusiya vətəndaşlarıdır.
Nazir əlavə edib ki, ilk beşlikdə Hindistan, Azərbaycan, Ukrayna və Ermənistan vətəndaşları da yer alır. Bu göstəriciyə görə, azərbaycanlılar Gürcüstanda yaşamaq icazəsi alan əcnəbilər arasında üçüncü yeri tuturlar.
15:57 18.02.2026
Oxunuş sayı: 737