İran ABŞ aviadaşıyıcılarını batıra bilər
Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı John Kiriakou bildirib ki, İran hipersonik raket texnologiyasına malikdir.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Onun sözlərinə görə, bu texnologiya Çin və Rusiya tərəfindən təmin olunub, İran isə onu öz daxilində inkişaf etdirib.
Kiriakou qeyd edib ki, İranın raketləri aviadaşıyıcılar qədər böyük obyektləri hədəfə ala bilər və istəsə, ABŞ aviadaşıyıcılarını batıra biləcək potensiala sahibdir.
08:35 19.02.2026
Oxunuş sayı: 552