ABŞ və Ukrayna tərəfi atəşkəsin əldə olunmasında israrlı olduqlarını bildiriblər. Lakin Rusiya nümayəndəsi Vladimir Medinski Ukraynanın Donbası tərk etməsinin istənilən atəşkəs razılaşması üçün ilkin şərt olduğunu vurğulayıb.
Crossmedia,az bu barədə "Axios" nəşrinə istinadən xəbər verir ki, Medinskinin bu mövqeyi Əbu-Dabidə aparılan danışıqlarda formalaşmış müsbət atmosferə mənfi təsir göstərib və prosesi çətinləşdirib.
Qeyd edək ki, tərəflər arasında danışıqların davam etdirilməsi istiqamətində müzakirələr aparılır.