Almaniya Xarici İşlər Nazirliyinin rəsmi internet səhifəsində Gürcüstanla bağlı məlumatların yenilənmədiyi bildirilib.
Crossmedia.a zbu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, Gürcüstanın sabiq prezidenti Salome Zurabişvilinin səlahiyyət müddəti 2024-cü ildə başa çatsa da, o, hələ də Almaniya XİN-in saytında ölkə prezidenti kimi göstərilir.
Bundan başqa, Gürcüstanın keçmiş xarici işlər naziri İlya Darçiaşvilinin adı da saytda saxlanılıb. Bildirilir ki, nazirlik həmin vaxtdan etibarən Gürcüstanla bağlı məlumatlarını yeniləməyib.
Eyni zamanda qeyd olunur ki, Almaniya XİN-in saytında Rusiya ilə bağlı bölmə 2025-ci ilin payızında yenilənib.
Məsələ ilə bağlı açıqlama verən Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili sual edib: “Sizcə, hansısa veb-inzibatçı Gürcüstanı unudub? Belə davranış Almaniyanın rəsmi qurumundan gələndə nə demək olar?”
Almaniya Xarici İşlər Nazirliyi məsələ ilə bağlı hələlik rəsmi mövqe açıqlamayıb.