Bu ərazilərdə işıq KƏSİLƏCƏK
Bu gün Bakının Xəzər rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Crossmedia.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.
Bildirilib ki, Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində təmir və yenidənqurma işləri həyata keçiriləcək. Bununla əlaqədar olaraq saat 10:30-dan 16:30-dək Buzovna qəsəbəsi Abşeron küçəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Təmir və yenidənqurma işləri yekunlaşdıqdan sonra sözügedən ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
11:04 13.02.2026
Oxunuş sayı: 520