İran Talibanı rəsmi olaraq tanımağa hazırlaşır
İranın Kabildəki səfiri Əlirza Biqdeli bildirib ki, Tehran Taliban administrasiyasını tanımaq istiqamətində danışıqları davam etdirir və yaxın zamanda rəsmi tanınma baş verəcək.
Bu barədə crossmedia.az xarici KIV-ə istinadən xəbər verir.
Səfir qeyd edib ki, münasibətlərin səviyyəsi, hər iki tərəfdən səfirlərin mövcudluğu, ticarət və digər əlaqələrin genişləndirilməsi tanınmanın göstəricisidir.
O əlavə edib ki, hazırda İran və Taliban arasında münasibətlər müsbət xarakter daşıyır və İran Əfqanistana digər ölkələrdən daha yaxın mövqedədir.
09:03 12.02.2026
Oxunuş sayı: 535