Lukaşenko Rusiyanın təzyiqi səbəbindən Vaşinqton görüşündə iştirakdan imtina edib
Belarus Prezidenti Aleksandr Lukaşenkonun ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtonda keçiriləcək Sülh Şurasının toplantısında iştirak etməyi planlaşdırdığı, lakin Rusiyanın ciddi təzyiqləri nəticəsində bu niyyətdən geri çəkildiyi bildirilir.
Bu barədə crossmedia.az xarici KIV-ə istinadən xəbər verir.
KİV-in məlumatına görə, Lukaşenko rəsmi səbəb kimi sıx iş qrafikini və Avropa İttifaqının sanksiyaları səbəbindən Belarus üçün hava məkanının bağlı olmasını göstərib.
Mənbələr qeyd edir ki, Minsk rəhbərliyinin Vaşinqtonla mümkün təmasları Moskva tərəfindən narahatlıqla qarşılanıb və bu da qərarın dəyişməsində əsas amillərdən biri olub.
Qeyd edək ki, Belarus son illər Qərb və Rusiya arasında balanslı siyasət yürütməyə çalışsa da, Moskvanın təsir dairəsindən kənara çıxmaq imkanları məhdud olaraq qalır.
08:50 12.02.2026
Oxunuş sayı: 371