ABŞ və Çin ticarət razılaşmasını daha bir il uzatmağa hazırlaşır
ABŞ və Çin Cənubi Koreyada razılaşdırılmış ticarət müqaviləsini daha bir il uzatmağa hazırlaşır.
Bu barədə crossmedia.az xarici KIV-ə istinadən xəbər verir.
Bildirilir ki, genişləndirilmiş razılaşma ötən ilin oktyabrında Busan şəhərində keçirilmiş sammit zamanı əldə olunan qısamüddətli iqtisadi razılaşmaları, o cümlədən Çinin yeni alış öhdəliklərini əhatə edə bilər.
Nəşr qeyd edir ki, ABŞ Prezidenti Donald Trampın aprelin əvvəlində Pekinə səfəri planlaşdırılır. Onun Çin Prezidenti Si Cinpinlə görüşünün gözlənildiyi, lakin səfərin dəqiq tarixinin hələ müzakirə olunduğu bildirilir.
Xatırladaq ki, mövcud ticarət razılaşması iki ölkə liderləri arasında ötən ilin oktyabrında Cənubi Koreyanın Busan şəhərində keçirilən görüşdən sonra əldə olunmuşdu.
08:22 12.02.2026
Oxunuş sayı: 385