İranda rejim dəyişikliyi İran xalqının qərarıdır
ABŞ-ın vitse-prezidenti Cey Di Vens İranda mümkün rejim dəyişikliyi ilə bağlı sualı cavablandırıb.
Vens jurnalistin sualına cavab olaraq bildirib ki, Vaşinqtonun əsas prioriteti İranın nüvə silahına sahib olmasının qarşısını almaqdır.
“Əgər İran xalqı rejimi dəyişmək istəyirsə, bu, onların öz ixtiyarındadır. Bizim hazırda diqqət mərkəzimiz İranın nüvə silahı əldə etməyəcəyinə əmin olmaqdır”, – deyə ABŞ vitse-prezidenti vurğulayıb.
06:35 12.02.2026
Oxunuş sayı: 408