İran XİN: “ABŞ-yə etibar etmirik”
İranın xarici işlər naziri Abbas Əraqçı ABŞ ilə aparılan danışıqlarla bağlı açıqlama verərək Tehranın Vaşinqtona etibar etmədiyini bildirib. Nazir qeyd edib ki, İran tərəfi danışıqların aldatma məqsədi daşıya biləcəyini istisna etmir.
Crossmedia-az xarici KİV-ə istinadən xəbər verir ki, Əraqçı bu mövqe bütün görüşlərdə açıq şəkildə ifadə olunduğunu və İranın danışıqlar prosesində ehtiyatlı davranacağını vurğulayıb.Onun sözlərinə görə, ölkə daxilində heç bir qurum danışıqlara arxalanmamalı və fəaliyyətini müstəqil şəkildə davam etdirməlidir.
Nazir əlavə edib ki, silahlı qüvvələr, hökumət və digər dövlət strukturları işlərini elə təşkil etməlidirlər ki, sanki heç bir danışıqlar aparılmır.
“Ölkə danışıqlara və mümkün razılaşmalara arxalanmadan idarə olunmalıdır. Allaha şükür ki, hazırda ölkə məhz bu prinsiplə idarə olunur”, – deyə İran XİN rəhbəri bildirib.
20:03 08.02.2026
Oxunuş sayı: 421