Xamenei son 47 ildə İLK DƏFƏ bunu etmədi - Nə baş verir?
İranın ali rəhbəri Əli Xameneyi bu il “19 Bəhmən” (8 fevral) münasibətilə Hərbi Hava Qüvvələrinin komandirləri ilə keçirilən ənənəvi görüşdə iştirak etməyib. Bu hal son onilliklər ərzində qeydə alınan qeyri-adi hadisə kimi qiymətləndirilir.
Crossmedia-az xəbər verir ki, tədbir bu dəfə Tehranda İslam Respublikasının banisi Ruhullah Xomeyninin məqbərəsində təşkil olunub və Hərbi Hava Qüvvələrinin komandirləri mərasimdə Xameneyinin iştirakı olmadan iştirak ediblər.
Qeyd olunur ki, son 47 il ərzində ilk dəfədir İran İslam Respublikasının ali rəhbəri 19 Bəhmən günü ilə əlaqədar keçirilən və Xomeyninin xatirəsinə həsr olunan ənənəvi görüşə qatılmayıb.
Xatırladaq ki, 19 Bəhmən 1357-ci il (miladi təqvimlə 8 fevral 1979) tarixində Şah dövrünün İmperiya Ordusuna daxil olan Hərbi Hava Qüvvələrinin texniki heyəti — “Hümafərilər” — Tehranda Ruhullah Xomeyni ilə görüşərək ona sədaqət andı içmişdi. Bu hadisə İran İslam İnqilabının mühüm simvolik mərhələlərindən biri hesab olunur.
20:36 08.02.2026
Oxunuş sayı: 509