Avropa dövlətləri hansı müharibəni maliyyələşdirir?
ABŞ-nin maliyyə naziri Skott Bessent Avropa ölkələrinin Ukrayna müharibəsi ilə bağlı mövqeyini tənqid edib. O bildirib ki, Avropa dövlətlərinin bəzi iqtisadi addımları onların siyasi bəyanatları ilə ziddiyyət təşkil edir.
Crossmedia-az xəbər verir ki, nazirin sözlərinə görə, Avropa ölkələri Ukraynaya dəstək göstərdiklərini bəyan etsələr də, eyni zamanda dolayı yollarla Rusiya iqtisadiyyatına vəsait axınına səbəb olan ticarət əlaqələrini davam etdirirlər. Bessent qeyd edib ki, Hindistanın sanksiyalar altında olan Rusiya neftini alaraq emal etməsindən sonra həmin məhsulların əsas alıcılarından biri məhz Avropa ölkələri olub.
“Avropalıların mövqeyi məni məyus edir. Onlar Ukrayna–Rusiya müharibəsinin ön xəttindədirlər, lakin nəticədə elə addımlar atırlar ki, bu da faktiki olaraq müharibəni maliyyələşdirmək anlamına gəlir”, – deyə ABŞ maliyyə naziri bildirib.
Bessent əlavə edib ki, Avropa liderlərinin Ukraynaya dəstək barədə bəyanatları ilə real iqtisadi siyasət arasında fərq var və bir çox hallarda ticarət maraqları siyasi bəyanatlardan üstün tutulur.
18:31 08.02.2026
Oxunuş sayı: 466