ABŞ–Çin arasında nüvə gərginliyi: qarşılıqlı ittihamlar səsləndirildi
ABŞ Dövlət Departamenti Çinin 2020-ci ilin iyununda gizli nüvə sınağı keçirdiyini iddia edib. Vaşinqtonun açıqlamasında bildirilir ki, Pekin bu fəaliyyəti beynəlxalq ictimaiyyətdən gizlətmək üçün seysmik monitorinqin effektivliyini azaldan texnikalardan istifadə edib.
Bu barədə crossmedia.az xarici KIV-ə istinadən xəbər verir.
ABŞ tərəfi yeni nüvə silahlarına nəzarət sazişlərinin təkcə ABŞ və Rusiyanı deyil, eyni zamanda Çini də əhatə etməli olduğunu bir daha vurğulayıb.
Çin isə ittihamları qətiyyətlə rədd edib. Ölkənin silahsızlanma məsələləri üzrə səfiri Şen Cian bildirib ki, Pekin nüvə məsələlərində hər zaman məsuliyyətli mövqe sərgiləyib. Onun sözlərinə görə, ABŞ “sözdə Çin nüvə təhdidini” süni şəkildə şişirdir və səsləndirilən iddialar reallığı əks etdirmir.
17:45 08.02.2026
Oxunuş sayı: 481