Hindistan ABŞ sanksiyaları altında olan üç neft tankerini saxladı
Hindistan Sahil Mühafizəsi beynəlxalq neft qaçaqmalçılığı sxeminin ifşa edildiyini açıqlayıb. Saxlanılan gəmilər Al Jafzia (Nikaraqua bayrağı), Asphalt Star (Mali) və Stellar Rubyyə (İran) məxsusdur.
Bu barədə crossmedia.az xarici KIV-ə istinadən xəbər verir.
Bildirilir ki, sindikat beynəlxalq sularda, açıq dənizdə neftin bir tankerdən digərinə ötürülməsi üsulundan istifadə edərək münaqişə zonalarından ucuz neft daşıyıb və gömrük rüsumlarından yayınıb.
Əməliyyatlar Mumbaydan təxminən 100 dəniz mili qərbdə həyata keçirilib. Gəmilərə baxış, elektron məlumatların təhlili və ekipaj üzvlərinin dindirilməsi nəticəsində beynəlxalq koordinatorlardan ibarət şəbəkə müəyyən edilib. Hazırda hər üç tanker hüquqi prosedurların aparılması üçün Mumbaya müşayiət olunur.
16:57 08.02.2026
Oxunuş sayı: 564