İtaliyada Olimpiadanın ilk günündə dəmir yolunda sabotaj
İtaliyada Olimpiya Oyunlarının ilk günündə dəmir yolu infrastrukturuna qarşı sabotaj aktı qeydə alınıb. Fevralın 7-də səhər saatlarında Pessaro yaxınlığında paylayıcı elektrik qalxanı yandırılıb, bir müddət sonra isə Bolonyada kabellərin kəsildiyi və partlayıcı qurğunun aşkarlandığı bildirilib.
Bu barədə crossmedia.az xarici KIV-ə istinadən xəbər verir.
Təhlükəsizlik səbəbilə Bolonya dəmir yolu vağzalı müvəqqəti olaraq bağlanıb, hadisə yerinə hüquq-mühafizə və partlayıcı maddələr üzrə mütəxəssislər cəlb olunub. İlkin araşdırmalara əsasən, partlayıcı qurğu zərərsizləşdirilib.
İtaliya hakimiyyəti baş verənləri ciddi diversiya aktı kimi qiymətləndirib. Rəsmilər xatırladıblar ki, oxşar hücumlar 2024-cü ildə Parisdə keçirilən Olimpiya Oyunları zamanı da dəmir yolu infrastrukturu hədəf alınmışdı.
Hadisə Olimpiya dövründə təhlükəsizlik tədbirlərinin daha da sərtləşdirilməsinə səbəb olub. Mesaj aydındır: idman bayramı fonunda təhlükəsizlik ikinci plana keçmir.
16:23 08.02.2026
Oxunuş sayı: 530