Banqladeşlilər müharibəyə sürükləndi
Rusiyada qanuni iş tapmaq ümidi ilə ölkəyə gedən yüzlərlə banqladeşli kişinin aldadılaraq Ukraynada davam edən müharibədə döyüşməyə məcbur edildiyi bildirilir.
Bu barədə crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, əsasən yoxsul kənd bölgələrindən olan bu şəxslər otelçilik, tikinti və təmizlik sahələrində yüksək maaşlı mülki işlər vəd edən vasitəçilər tərəfindən cəlb olunublar.
Lakin Moskvaya çatdıqdan sonra bir çoxunun pasportları müsadirə edilib və oxuya bilmədikləri rus dilində sənədləri imzalamağa məcbur ediliblər. Daha sonra məlum olub ki, imzaladıqları sənədlər Rusiya ordusunda hərbi xidmətə cəlb olunma müqavilələridir.
09:40 29.01.2026
Oxunuş sayı: 403