Tramp bu vəzifə üzrə namizədliyini irəli sürüb
ABŞ Prezidenti Donald Tramp Kolin Makdonaldın ədliyyə nazirinin saxtakarlıqla mübarizə üzrə yeni köməkçisi vəzifəsinə namizədliyini irəli sürüb. Tramp bu barədə “Truth Social” hesabında paylaşım edib.
Prezident bildirib ki, Makdonald Amerika xalqını milyardlarla dollar zərərə salan fırıldaqçılıq sxemlərinə qarşı mübarizə aparmaq üçün yaradılan ABŞ Ədliyyə Nazirliyinin yeni bölməsinə rəhbərlik edəcək. Onun sözlərinə görə, administrasiya Minnesota və Kaliforniya kimi ştatlarda vergi ödəyicilərinin vəsaitlərini talayan genişmiqyaslı saxtakarlıq sxemlərini artıq ifşa edib.
Tramp uzun illər Federal Prokurorluqda çalışan Kolin Makdonaldın ABŞ-də indiyədək baxılmış ən mürəkkəb və mühüm işlərdə ədalətin təmin olunmasında rol oynadığını vurğulayıb. Qeyd edilib ki, yeni struktur federal proqramların qanuni icrasına nəzarət etmək və fırıldaqçılığın qarşısını almaq məqsədi daşıyır.
Xatırladaq ki, baş prokurorun köməkçisi vəzifəsinə namizəd Senat tərəfindən təsdiqlənməlidir.
09:11 29.01.2026
Oxunuş sayı: 387