Pezeşkian Suriya üçün çağırış etdi
İran prezidenti Məsud Pezeşkian ABŞ və İsrailin vəziyyətdən sui-istifadə etməsinin qarşısını almaq üçün müsəlman ölkələrini Suriya böhranının həllində aktiv fəaliyyətə çağırıb.
Crossmedia.az xəbər verir ki, o, parlamentdə çıxışı zamanı qeyd edib ki, təkfirçi terrorçuların Suriyaya təcavüzü ABŞ və Avropa ölkələri tərəfindən dəstəklənir və onların əməlləri Qərb silahlarından istifadə etməklə həyata keçirilir. Pezeşkian müsəlman ölkələrinin Amerika və İsrailin bu münaqişəyə müdaxiləsinin qarşısını alacağına ümid etdiyini bildirib.
Qeyd edək ki, “Təhrir əş-Şam” qruplaşması İdlib və Hələbi ələ keçirib, həm də Həmaya hücum edib.
Gültac Mehdizadə
05:51 02.12.2024
Oxunuş sayı: 7005