CROSSMEDIA - AYİB Türkmənistan üçün riskləri açıqladı
Xarici xəbərlər

AYİB Türkmənistan üçün riskləri açıqladı

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) iqtisadi artımı saxlamaq üçün Türkmənistanın qaz ixracının şaxələndirilməsinin vacibliyini vurğulayıb.

Crossmedia.az xəbər verir ki, Türkmənistan, ölkə qazının 70%-dən çoxunu istehlak edən Çindən çox asılıdır. Türkiyə ilə imzalanmış memorandum Aİ bazarlarına çıxış üçün perspektivlər açır və TAPI qaz kəməri layihəsi Cənubi Asiya bazarlarına çıxışı təmin edə bilər,- deyə AYİB qeyd edir.
Bu il qəbul edilən “Enerjiyə qənaət və enerji səmərəliliyi haqqında” Qanun müasir texnologiyaların tətbiqi və qənaət tədbirlərinin tətbiqi yolu ilə ölkənin enerji dayanıqlığını gücləndirmək məqsədi daşıyır.

İnfrastruktur, enerji və xidmət sahələrinə investisiyalar hesabına Türkmənistanın real ÜDM artımının 2024 və 2025-ci illərdə 6,3% olacağı proqnozlaşdırılır. 2024-cü ilin ilk yeddi ayında iqtisadiyyat tikinti və xidmət sahələrində aktivliyin təsiri ilə 6,3% artıb.

Gültac Mehdizadə

05:46 02.12.2024

Oxunuş sayı: 6222

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR