İlon Mask məhkəməyə müraciət edib
29 noyabrda verilən bir ərizədə Maskın vəkilləri ABŞ-nin Kaliforniya ştatının Şimal Bölgəsi üzrə Dairə Məhkəməsinin hakimi İvanna Qonzalez Rocersdən "OpenAI"nin qeyri-kommersiya təşkilatından kommersiya məqsədli şirkətə keçidinin tamamlamasına mane olmaq üçün qərar çıxarmasını istəyiblər.
Crossmedia.az "Business İndsider"a istinadən xəbər verir ki, ərizədə həm də Maskın "xAI" şirkəti kimi rəqibləri ilə tərəfdaşlıq qurmaq istəyən investorları bundan çəkindirdiyi bildirilir. Həmçinin "Microsoft"la olan əlaqələri vasitəsilə “qanunsuz əldə edilmiş rəqabətə həssas məlumatlardan” faydalandığı iddia edilir.
"LinkedIn"in həmtəsisçisi Reid Hoffman əvvəllər həm "OpenAI", həm də "Microsoft"un idarə heyətində eyni zamanda fəaliyyət göstərib. Maskın vəkilləri Hoffmanın hər iki şirkətdəki rolunun, "Microsoft-OpenAI idarə heyəti əlaqələri" adlandırılan bu vəziyyətin, şirkətlər arasında məlumatların qanunsuz ötürülməsinə və monopolistik bazar təcrübələrinə səbəb olduğunu qeyd edirlər. Maskın vəkilləri bu əməkdaşlığın antiinhisar qanunlarının pozulmasına gətirib çıxardığını deyirlər.
Tərlan Əmrahova
21:32 01.12.2024
Oxunuş sayı: 5575