Gürcüstan prezidenti istefaya getməlidir - Baş nazir
"Gürcüstan prezidenti Salome Zurabişvili vəzifəsini tərk etmək istəmədiyini bildirib. Ancaq dekabrın 29-da, yeni dövlət başçısının andiçmə mərasimi olacaq. Buna görə də Salome Zurabişvili istefa verib, Prezident Sarayını tərk etmək məcburiyyətindədir".
Crossmedia.az xəbər verir ki, bunu brifinq zamanı İrakli Kobaxidze deyib.
Baş nazir daha sonra əlavə edib:
"Mən xanım Zurabişvilinin emosional vəziyyətini başa düşürəm, lakin dekabrın 29-da o, həqiqətən də iqamətgahı tərk etməli və binanı qanuni seçilmiş prezidentə təhvil verməli olacaq".
Gürcüstanın baş naziri əlavə edib ki, hökumət yeni parlament seçkilərinin təşkili imkanını nəzərdən keçirmir.
Tərlan Əmrahova
19:14 01.12.2024
Oxunuş sayı: 5366