Putin Almaniyaya inanırdı, lakin...
Rusiya Prezidenti Vladimir Putin Almaniya ilə səmimi əməkdaşlığa inanırdı, lakin bu inanc, Almaniyanın keçmiş kansleri Angela Merkelin mövqeyi ilə üst-üstə düşmürdü.
Crossmedia.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov danışıb.
“Putin, münasibətlərin konstruktiv, bərabərhüquqlu və qarşılıqlı faydalı şəkildə inkişaf etməsinə ümid edirdi. O düşünürdü ki, əməkdaşlıq və geosiyasi risklərdən sığortalanmaq yolu ilə sabitliyə nail olmaq mümkündür. Bunun üçün də əlindən gələni etdi,” - deyə Peskov vurğulayıb.
Gülay Qəribova
16:18 01.12.2024
Oxunuş sayı: 6967