Britaniyalı nazir: Ukraynanın tezliklə NATO-ya üzv olacağı ehtimalı yoxdur
Lankaster Hersoqluğunun kansleri Pat Makfadden bildirib ki, NATO xarici işlər nazirlərinin qarşıdakı iclasında Ukraynaya alyansa qoşulmaq təklifi verilməsi ehtimalı çox azdır.
Crossmedia.az xəbər verir ki, bu barədə o, “Sky News” telekanalına müsahibəsində danışıb.
Makfaddenin sözlərinə görə, Ukraynanın gələcəyi təhlükəsiz olmalıdır, lakin onun NATO-ya üzvlük məsələsi dərin araşdırma tələb edir. O qeyd edib ki, hazırda bu prosesin təfərrüatlarını müzakirə etmək üçün vaxt uyğun deyil.
Xatırladaq ki, Ukraynanın xarici işlər naziri Andriy Sibiqa dekabrın 3-4-də Brüsseldə keçiriləcək iclasda NATO-ya Ukraynanı təşkilata üzv olmağa dəvət etməyi təklif edib. Lakin Makfadden Ukraynanın gələcəkdə alyansa üzvlüyünü proqnozlaşdırmağın hələ mümkün olmadığını vurğulayıb.
Gültac Mehdizadə
11:57 01.12.2024
Oxunuş sayı: 5117