CROSSMEDIA - Suriya ordusu Həma vilayətində üsyançıların hücumunu dəf edib
Xarici xəbərlər

Suriya ordusu Həma vilayətində üsyançıların hücumunu dəf edib

Suriya silahlı qüvvələri Həma əyalətinin şimalında üsyançıların hücumunu uğurla dəf edib, onlarla yaraqlı öldürülüb. 

Crossmedia.az bu barədə Suriya Silahlı Qüvvələrinin komandanlığı Müdafiə Nazirliyinin sosial şəbəkələrdəki rəsmi səhifəsində dərc olunan bəyanata əsasən xəbər verir.

“Silahlı qüvvələrimizin Həma vilayətinin şimalında əməliyyat keçirən bölmələri dünən axşam saatlarında atəş gücü və texnikası ilə müdafiə xəttini gücləndirərək, terror təşkilatları ilə uğurla qarşı-qarşıya qalıb və onların sıçrayışının qarşısını alıblar”, - deyə məlumatda bildirilir.

Bundan əlavə, Suriya ordusu Qalaat əl-Madiq və Maardas da daxil olmaqla bir neçə strateji əhəmiyyətli bölgəni nəzarətə götürüb. Hərbi idarənin məlumatına görə, bu ərazilərdə onlarla yaraqlı öldürülüb, qalan qiyamçılar geri çəkilib.

Gültac Mehdizadə

10:07 01.12.2024

Oxunuş sayı: 6582

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR