Zelenskidən sərt cavab: Düşmənlə bir şurada oturmaq ağlabatan deyil
Ukrayna prezidenti Volodimir Zelenski ABŞ prezidenti Donald Trampın Sülh Şurasına dəvəti ilə bağlı sərt açıqlama verib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
O bildirib ki, Rusiya Ukraynanın düşmənidir və Belarus onların müttəfiqidir.
Düzünü desəm, hazırda bizim və Rusiyanın hər hansı bir şurada necə bir yerdə ola biləcəyimizi təsəvvür etmək mənim üçün çox çətindir – deyə Zelenski vurğulayıb.
Ukrayna lideri bu açıqlaması ilə Trampın təşəbbüsü fonunda ölkəsinin mövqeyini açıq şəkildə ortaya qoyub.
O hər hansı bir birlikdə iştirakın mümkünlüyünə şübhə ilə yanaşıb.
18:34 20.01.2026
Oxunuş sayı: 1570