Çernobıl AES-də fövqəladə vəziyyət: Xarici enerji mənbələri kəsildi
Çernobıl nüvə elektrik stansiyası (AES) xarici enerji təchizatını itirib.
Crossmedia.az xəbər verir ki, bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi bildirib.
Agentliyin mətbuat xidmətinin məlumatına görə, Qrossi qeyd edib: “Çernobıl AES bütün xarici enerji mənbələrini itirdi və digər nüvə stansiyalarına gedən enerji xətləri də təsirləndi.”
Hadisənin səbəbləri və stansiyadakı vəziyyətlə bağlı əlavə məlumatlar hələ açıqlanmayıb.
18:12 20.01.2026
Oxunuş sayı: 1159