TƏCİLİ: Kürdlər Türkiyə sərhəddinə hücum etdi, ordu müdaxilə edir
YPG-nin nəzarətində olan Suriyanın Qamışlı şəhərindən Türkiyə sərhədinə doğru hücumların həyata keçirildiyi bildirilir.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, sərhəd xəttində təhlükəsizlik vəziyyəti gərgin olaraq qalır.
Təhlükəsizlik mənbələrinin verdiyi məlumata əsasən, Qamışlı və Türkiyənin Nusaybin şəhərində yaşayan kürd qruplarının koordinasiyalı şəkildə hərəkətə keçdiyi iddia olunur.
Bununla yanaşı, Qamışlı şəhərində yaşayan erməni icmasının nümayəndələri YPG/SDQ tərəfindən elan edilən səfərbərlik çərçivəsində döyüşlərə qatılacaqlarını açıqlayıblar.
17:33 20.01.2026
Oxunuş sayı: 981