Kimyəvi yox, fiziki cəza: Qazaxıstan pedofillər üçün qaydaları sərtləşdirdi
Qazaxıstanda pedofiliya cinayətləri ilə mübarizə çərçivəsində sərt və mübahisəli qanun qəbul edilib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Yeni qanuna əsasən, bu tip ağır cinayətlərə görə məhkum olunan şəxslərə artıq kimyəvi kastrasiya deyil, cərrahi kastrasiya tətbiq ediləcək.
Qanunvericiliyə edilən dəyişikliklərə görə, pedofiliyada təqsirli bilinən şəxslərin cinsi orqanlarının amputasiyası nəzərdə tutulur. Hakimiyyət orqanları bu addımı cəmiyyətin təhlükəsizliyinin təmin edilməsi və təkrar cinayət hallarının qarşısının alınması məqsədi ilə əsaslandırır.
Qeyd olunur ki, əvvəlki qanunvericilikdə pedofillərə qarşı əsas cəza mexanizmi kimyəvi kastrasiya idi.
Yeni qərar isə ölkə daxilində və beynəlxalq səviyyədə ciddi müzakirələrə səbəb olub.
Rəsmi qurumlar bildirirlər ki, tətbiq olunacaq tədbirlər yalnız məhkəmə qərarı əsasında və ağırlaşdırıcı hallarda həyata keçiriləcək.
17:42 20.01.2026
Oxunuş sayı: 1054