Zelenski ABŞ-nin Qrenlandiya siyasətini tənqid edib
Ukrayna prezidenti Volodimir Zelenski ABŞ prezidenti Donald Trampın Qrenlandiyanın ABŞ-ə birləşdirilməsi ilə bağlı mövqeyini dəstəkləmədiyini açıqlayıb.
Zelenski bildirib ki, ərazi bütövlüyü və dövlətlərin suverenliyi beynəlxalq münasibətlərin əsas prinsiplərindən biridir. Bu prinsiplərə hörmət edilməlidir.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Onun sözlərinə görə, Qrenlandiya məsələsi yalnız beynəlxalq hüquq və müvafiq tərəflərin iradəsi çərçivəsində həll oluna bilər.
Ukrayna lideri vurğulayıb ki, bu cür yanaşmalar qlobal sabitliyə zərər verə və beynəlxalq münasibətlərdə gərginliyi artıra bilər.
Zelenski əlavə edib ki, Ukrayna bütün ölkələrin suverenliyinin qorunmasının tərəfdarıdır və bu mövqedən geri çəkilməyəcək.
Açıqlama Qrenlandiyanın mümkün statusu ilə bağlı beynəlxalq müzakirələrin fonunda səsləndirilib.
17:14 20.01.2026
Oxunuş sayı: 1234