İsraildən Tehrana sərt ittiham: İran ilanın başıdır
İsrail Prezident Aparatı İranın xarici işlər naziri Abbas Əraqçının Davosda keçirilən Dünya İqtisadi Forumuna dəvətinin ləğv edilməsi ilə bağlı açıqlamasına sərt reaksiya verib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Prezident Aparatının yaydığı rəsmi bəyanatda İran hökuməti HƏMAS, Hizbullah və digər silahlı qruplaşmaları maliyyələşdirən, silahlandıran və onların fəaliyyətini istiqamətləndirən əsas mərkəz kimi təqdim olunub.
Açıqlamada İran “ilanın başı” kimi xarakterizə edilib və bölgədəki sabitliyin pozulmasında əsas rol oynadığı vurğulanıb.
İsrail Prezidenti İshaq Herzoqun ofisinin yaydığı bəyanatda qeyd olunub ki, öz vətəndaşlarına qarşı zorakılıq tətbiq edən, azadlıq tələbi ilə çıxış edən qadınları, kişiləri və gəncləri edam edən bir rejimin beynəlxalq ictimaiyyətə əxlaq dərsi vermək hüququ yoxdur.
17:00 20.01.2026
Oxunuş sayı: 1104