Ermənistanın KTMT ilə bağlı mövqeyi dəyişmir
Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakı 2026-cı ildə dondurulmayacaq.
Crossmedia.az xəbər verir ki, bu barədə Ermənistan Xarici Kəşfiyyat Xidmətinin açıqladığı illik hesabatda bildirilib.
Sənəddə qeyd olunub ki, Ermənistanın KTMT ilə münasibətlərinin gələcək perspektivlərinə dair qiymətləndirmə əvvəlki ildə təqdim olunan təhlillə müqayisədə dəyişməz qalıb.
Hesabata əsasən, İrəvanın təşkilatın fəaliyyətində iştirakını bərpa etmək ehtimalının olmaması regional təhlükəsizlik sistemində ciddi təsirlərə səbəb ola bilər. Ermənistan Xarici Kəşfiyyat Xidməti bu vəziyyəti KTMT-nin regional təhlükəsizlik strukturunun “ixtiyarına meydan oxumaq” kimi qiymətləndirib.
Bildirilib ki, yaranmış durum KTMT-yə üzv qalan dövlətlər üçün də “nəticə çıxarmaq” zərurəti yaradır və təşkilat daxilində gələcək münasibətlərin formatına təsir göstərə bilər.
16:46 20.01.2026
Oxunuş sayı: 1126