Tottoridə Yaponiya Baş Naziri Şigeru İşibanın avtomobili qəzaya uğrayıb
Tottoridə Yaponiya Baş Naziri Şigeru İşibanı daşıyan avtomobil korteji müşayiət edən polis maşını ilə toqquşub. Crossmedia.az xəbər verir ki, bu barədə Kyodo agentliyi məlumat yayıb.
Hadisə kortejin hökumət başçısını Tokiyə aparmaq üçün hava limanına getdiyi zaman baş verib. Svetoforda mühafizə maşını qırmızı işıqda dayanıb, bu zaman baş nazirin avtomobili arxadan ona çırpılıb. Qəza nəticəsində İşiba və onun köməkçiləri xəsarət almayıblar.
Qeyd edək ki, baş nazir Tottoridə şəhər sakinləri və Liberal Demokrat Partiyasının fəalları ilə görüş keçirib.
15:22 01.12.2024
Oxunuş sayı: 5336