NetBlocks: İran hakimiyyəti “ağ siyahı” senzurası ilə ölkəni onlayn dünyadan ayırıb
İranda ölkə miqyasında baş verən internet və rabitə kəsintisi 280 saatdan çoxdur davam edir və ölkə faktiki olaraq rəqəmsal qaranlığa qərq olub.
Crossmedia.az xəbər verir ki, bu barədə NetBlocks bu gün hesabat yayıb.
Məlumata görə, 90 milyondan artıq İran vətəndaşı artıq bir gündür ki, xarici dünya və yaxınları ilə əlaqə qurmaq imkanından məhrumdur. Hesabatda vurğulanır ki, müşahidə olunan trafik məlumatları İran hakimiyyətinin yeni bir “ağ siyahı” senzura strategiyası tətbiq etdiyini göstərir.
Bu strategiyaya əsasən, internetə çıxış yalnız seçilmiş dövlət qurumları və müəyyən prioritet sektorlar üçün açıq saxlanılır. Əhalinin böyük hissəsi üçün isə ümumi internetə giriş tamamilə bloklanıb. NetBlocks-un qiymətləndirməsinə görə, bu yanaşma informasiya axınına nəzarəti maksimum səviyyəyə çatdırmaq məqsədi daşıyır.
Qeyd olunur ki, uzunmüddətli internet kəsintiləri ölkədə sosial həyatın, iqtisadi fəaliyyətin və fövqəladə hallarla bağlı məlumat mübadiləsinin ciddi şəkildə pozulmasına səbəb olur və beynəlxalq ictimaiyyət arasında narahatlıq doğurur.
15:28 20.01.2026
Oxunuş sayı: 1044