Peskovdan SON DƏQİQƏ açıqlamaları: Moskva Vaşinqton ilə əməkdaşlığa açıqdır
Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov gündəlik brifinqdə bir sıra mühüm açıqlamalar verib.
Crossmedia.az bu barədə TASS-a istinadən xəbər verir.
Peskov bildirib ki, Rusiyanın Mərkəzi Bankı qiymət artımı ilə bağlı vəziyyəti daim izləyir və makroiqtisadi sabitliyin qorunması üçün zəruri tədbirlər görür. Onun sözlərinə görə, Kreml hələlik Rusiyada inflyasiyanın proqnozlaşdırılan 4–5 faiz səviyyəsindən kənara çıxacağından narahat deyil. Bununla yanaşı, Rusiya hökumətinin də qiymət artımını diqqətdə saxladığı və ehtiyac yaranarsa məsələ ətrafında əlavə müzakirələrin aparılacağı qeyd olunub.
Kremlin sözçüsü vurğulayıb ki, Rusiya üçün ABŞ, Avropa İttifaqı və Kiyev arasında Ukraynada nizamlanma ilə bağlı aparılan müzakirələrin məzmunu barədə məlumat almaq vacibdir.
Peskov Moskvanın yeni yaradılması müzakirə olunan “Sülh Şurası”nın yalnız Qəzzaya fokuslanıb-fokuslanmayacağı, yoxsa daha geniş beynəlxalq gündəmlə çıxış edəcəyi barədə hələlik məlumatının olmadığını bildirib.
O, həmçinin Moldova hökumətinin yaxın aylarda MDB-dən çıxmaq planları ilə bağlı açıqlamasının Moskva üçün gözlənilməz olmadığını deyib.
Bununla yanaşı, Peskov Rusiyanın ABŞ ilə ticarət və iqtisadi əməkdaşlığın bərpa olunmasının tərəfdarı olduğunu vurğulayıb.
14:03 20.01.2026
Oxunuş sayı: 985