Avropa ŞOKDA, dünya RİSK ALTINDA: Lavrov yeni güc oyununu açıqladı
Rusiyanın xarici işlər naziri Sergey Lavrov qlobal siyasətdə formalaşmış davranış qaydalarının faktiki olaraq qüvvədən düşdüyünü bəyan edib.
Crossmedia.az bu barədə TASS-a istinadən xəbər verir.
Onun sözlərinə görə, hazırda beynəlxalq arenada “güc düzəldə bilər” prinsipinə əsaslanan təhlükəli bir oyun aparılır.
Lavrov bildirib ki, ABŞ Prezidenti Donald Trampın qlobal səhnədə davranış qaydalarını birtərəfli şəkildə yenidən yazmaq siyasəti Avropa üçün ciddi şok yaradıb. Nazir qeyd edib ki, bu yanaşma uzun illər ərzində formalaşmış beynəlxalq münasibətlər sistemini sarsıdır və qeyri-müəyyənliyi daha da artırır.
Onun fikrincə, mövcud proseslər beynəlxalq hüququn rolunu zəiflədir, dövlətlərarası münasibətlərdə güc faktorunu ön plana çıxarır və bu da qlobal sabitlik üçün ciddi risklər yaradır.
Lavrov qeyd edib ki, Qərb öz aralarında “qaydalara uyğun” danışmaq istəyirsə, bu, onların hüququdur, lakin Rusiya bərabərlik prinsipləri əsasında danışacaq.
12:29 20.01.2026
Oxunuş sayı: 1273