ABŞ və Danimarka Qrenlandiya müqaviləsini yenidən nəzərdən keçirir
ABŞ və Danimarka Qrenlandiyanı qorumaq üçün 1951-ci ildə bağlanmış müqaviləyə yenidən baxmağı planlaşdırır.
Crossmedia.az bu barədə xarici mənbəyə istinadən xəbər verir.
Yenidən işlənmiş sazişin əsas məqsədi Qrenlandiyaya Çin sərmayəsinin qadağan olunması üçün güclü təminatlar təqdim etmək olacaq.
NATO-nun baş katibi Mark Rutte hesab edir ki, Vaşinqton və Kopenhagen arasında belə bir razılaşma əldə edilməsi mövcud münaqişələrin qarşısını ala bilər və Arktika regionunda təhlükəsizlik balansını gücləndirər.
12:02 20.01.2026
Oxunuş sayı: 1128