Tramp Makrona G7-ni Parisdə keçirməyi təklif etdi
ABŞ Prezidenti Donald Trump Fransa Prezidenti Emmanuel Makronun Rusiyanın iştirakı ilə G7 görüşünün keçirilməsi ideyasına münasibət bildirərək ona Truth Social platforması üzərindən mesaj göndərib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Tramp mesajında Makrona “dostum” deyə xitab edərək Suriya məsələsində mövqelərinin üst-üstə düşdüyünü qeyd edib. O bildirib ki, İranla bağlı mövzuda da böyük uğurlar əldə etmək mümkündür. Bununla yanaşı, Tramp Makronun Qrenlandiya ilə bağlı mövqeyini başa düşmədiyini vurğulayıb.
ABŞ lideri Davosdan sonra Parisdə cümə axşamı günortadan sonra G7 görüşünün təşkil edilə biləcəyini qeyd edib. Onun sözlərinə görə, bu görüşə ukraynalılar, danimarkalılar, suriyalılar və ruslar ayrıca formatda dəvət oluna bilər.
Tramp həmçinin Makrona ABŞ-yə qayıtmazdan əvvəl Parisdə birlikdə nahar etməyi təklif edib.
Qeyd edək ki, Trampın bu mesajı beynəlxalq diplomatik gündəmdə geniş müzakirələrə səbəb olub və G7 formatının gələcəyi ilə bağlı yeni suallar doğurub.
Kübra Musayeva
11:14 20.01.2026
Oxunuş sayı: 1350