ABŞ liderindən iddialı çıxış: Dünya sülhü yalnız güclə mümkündür
ABŞ Prezidenti Donald Trump NATO-nun baş katibi ilə Qrenlandiya ətrafında yaranmış vəziyyətlə bağlı telefon danışığı aparıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Amerika liderinin sözlərinə görə, söhbət “yaxşı” keçib və tərəflər Davosda müxtəlif maraqlı tərəflərlə görüş keçirməyə razılaşıblar.
Tramp Qrenlandiyanın “milli və qlobal təhlükəsizlik üçün böyük əhəmiyyət kəsb etdiyini” vurğulayaraq bildirib: “Geri dönüş yoxdur – hamı bununla razılaşır.” O, eyni zamanda ABŞ-nin dünyanın ən güclü ölkəsi olduğunu bəyan edib.
ABŞ prezidenti qeyd edib ki, Birləşmiş Ştatlar “dünya sülhünü” təmin etməyə qadir yeganə gücdür. Trampın sözlərinə görə, bu məqsədə çatmağın yolu sadədir: “güc yolu ilə”.
Kübra Musayeva
11:08 20.01.2026
Oxunuş sayı: 1310